BAKI, 8 yanvar. TELEQRAF

Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 31 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2025-ci il ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 31 milyon 366,9 min manat təşkil edib.