BAKI, 8 yanvar. TELEQRAF

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni sədr təyin edilib.

Teleqraf quruma istinadən xəbər verir ki, bu vəzifə Umeyra İbrahimovaya həvalə edilib.

U.İbrahimova bu təyinata qədər Mərkəzin Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb.

Bundan əlavə, Ağahüseyn Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev indiyədək MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

MDM-in İdarə Heyətinin sədri vəzifəsinə isə indiyədək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Elçin Əlizadə seçilib.