BAKI, 7 yanvar. TELEQRAF

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda pul bazası 22 milyard 470,2 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin dekabrın 1-i ilə müqayisədə 1,55% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,4 faiz çoxdur.