BAKI, 7 yanvar. TELEQRAF
2026-cı ilin 1 yanvar tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bu göstərici 2025-ci il dekabrın 1-i ilə müqayisədə 0,7%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1% çoxdur.