BAKI, 7 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trump Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-yə 30–50 milyon barel yüksək keyfiyyətli neft ötürəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

Onun sözlərinə görə, sözügedən neft bazar qiymətləri ilə satılacaq və əldə olunan vəsait gələcəkdə Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunmaq üçün birbaşa onun nəzarətində saxlanılacaq.

ABŞ prezidenti bildirib ki, planın icrası ilə bağlı enerji nazirinə dərhal tapşırıq verib. Paylaşımda qeyd olunub ki, neft gəmilərlə ABŞ ərazisinə çatdırılacaq və birbaşa ölkə daxilində boşaldılacaq.