BAKI, 6 yanvar. TELEQRAF
ABŞ administrasiyası Venesuela hökumətindən neft hasilatı qanunlarını Amerika şirkətlərinin xeyrinə təcili olaraq yenidən nəzərdən keçirməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post"məlumat yayıb.
Məqalədə deyilir ki, Vaşinqton administrasiyası Venesuela Prezidentinin vəzifələrini icra edən Delsi Rodrigezə neft qanununa dəyişiklik etmək üçün bir neçə gün vaxt verib. Dəyişiklik ABŞ-nin neft şirkətlərinə bu ölkəyə güzəştli giriş imkanlarını nəzərdə tutur.
ABŞ-nin enerji şirkətləri isə Venesuelanın neft sənayesinin modernləşdirilməsi prosesinin uzun və baha başa gələcəyi barədə xəbərdarlıq edirlər.
Məqalədə vurğulanır ki, ABŞ-nin az sayda neft şirkəti bu çətinliyi öz üzərinə götürməyə hazırdır.
Bundan əlavə, ABŞ-nin enerji şirkətlərindən birinin keçmiş rəhbəri nəşrə bildirib ki, mövcud qeyri-sabitliyi nəzərə alaraq, direktorlar şuraları Venesuelaya kapital qoyuluşunun məsuliyyətini öz üzrələrinə götürmək istəmirlər.