BAKI, 6 yanvar. TELEQRAF
ABŞ-nin neft şirkətləri Venesueladakı Çin enerji şirkətlərinin aktivlərini ələ keçirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Universitetinin Latın Amerikası Araşdırmaları Mərkəzinin direktoru Sui Şoucjun “Guancha” nəşrinə açıqlamasında bildirib.
Ekspert deyib ki, ABŞ gələcəkdə keçid hökumətini dəstəkləyə bilər:
“Bu hökumət hakimiyyətə gəldikdən sonra Nikolas Maduro hökuməti tərəfindən bağlanmış bəzi sazişləri qanunsuz hesab edəcək, Venesuelanın Çinə olan borcları qeyri-qanuni elan olunacaq və onları ödəməkdən boyun qaçıracaqlar. Belə halda ABŞ-nin neft şirkətləri təkrar tender vasitəsilə ölkədəki Çin aktivlərini nəzarətlərinə keçirəcəklər".
Qeyd edək ki, Böyük Britaniyanın "Shell" və BP şirkətlərinin Venesuelada aparılan əməliyyatdan sonra bu ölkədəki fəaliyyətlərini bərpa edəcəklərinə dair məlumatlar yayılıb.