BAKI, 5 yanvar. TELEQRAF

Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işlərinə başlanılır.

Teleqraf xəbər verir ki, tikinti işlərini “Rabitəinşaat” ASC icra edəcək.

Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətinin bu şirkətlə bağladığı müqavilənin 9 milyon 726 min 734 manatdır.

İşlərin satınalınması üzrə keçiriləm tenderdə ilkin qiymət 10 milyon 37 min manat olub.

O ki qaldı icraçı şirkətə 2004-cü ildən yaradılan “Rabitəinşaat” ASC-nin nüzamnamə kapitalı 4000 manat, hüquqi sahibi Yelmar İsgəndərovdur.

Bundan əvvəl şirkət Ağdamda 2 nömrəli yaşayış massivi, 8-ci məhəllə üzrə 102 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərini (13 milyon 771 min 247manat), Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 65 fərdi yaşayış evinin tikintisini (10 milyon 59 min 902 manat), Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 59 fərdi yaşayış evlərinin tikintisini (11 milyon 722 min manat), eləcə də Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 44 fərdi yaşayış evinin tikintisini (8 milyon 165 min 500 manat) icra edib.