BAKI, 30 dekabr. TELEQRAF
Bu ilin yanvar–noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərinin göstəricilərində azalma müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac İcmalı”nda məlumat verilib.
Hesabata əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ixrac həcmi ötən il 956 min dollar olduğu halda, 2025-ci ildə bu göstərici 680,2 min dollara enib.
Eyni zamanda, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı da azalıb. Belə ki, şirkətin ixrac göstəricisi 2024-cü ildə 51,9 milyon dollar təşkil etdiyi halda, bu il 36 milyon dollara düşüb.
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində də oxşar dinamika müşahidə olunub. Qurumun ixrac həcmi 2024-cü ildə 382,7 milyon dollar idisə, 2025-ci ildə bu rəqəm 358,2 milyon dollara enib.