BAKI, 29 dekabr. TELEQRAF
Bir müddət əvvəl ləğv olunduğunu elan edən "Qafqazenerqoservis" şirkətinin kreditorlarının iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, toplantı yanvarın 7-də baş tutması planlaşdırırlır.
Qeyd edək ki, bir zamanlar dövlət layihələrində tenderlərin qalibi olan şirkət dövlətə olan vergi borcunu da ödəmir. Şirkətin dekabrın əvvəlində 61 290,59 manat olan vergi borcu 4,76 manat da artaraq hazırda 61 295,35 AZN-ə çatıb.
2007-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi təmsilçisi Altay Novruzovdur.
Qeyd etdiyimiz kimi, "Qafqazenerqoservis" şirkəti dövlət layihələrində iştirak edib. Bəzən müqavilə üzrə işləri tam yerinə yetirməyib. Dövlət qurumlarından biri "Elektrik avadanlıqlarının dəyişdirilməsi və yeni su nasoslarının quraşdrılması" layihəsi üzrə "Qafqazenerqoservis" Şirkətinə 2011-ci ildə 3 müqavi üzrə vəsait ödəsə də, cəmi 2 müqavilə üzrə işlər yerinə yetirilib. Texniki parametrlərdə və işlərin həcmində dəyişikliklər aparılması layihənin yenidən dəyərləndirilməsinə ehtiyac yaradıb, lakin bu işlərin heç biri aparılmayıb. Layihələr ekspertizadan keçirilməyib. Üzə çıxarılan nöqsanlardan sonra "Qafqazenerqoservis" şirkəti tərəfindən mənimsənilən 371 min manat ödənilib. bu xəbərə başlıq qoy