BAKI, 26 dekabr. TELEQRAF

Cəbrayılın Şükürbəyli kəndində 1042 ailəlik (I mərhələ - 635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizəsi, drenaj şəbəkəsi, istinad divarları, körpülər və yağış kanalizasiya şəbəkəsinin tikintisi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, mühafizə tədbirlərinə 7 milyon 149 min 177,5 manat xərclənməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, sözügedən işlərə "Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu" nəzarət edəcək.

Qeyd edək ki, fond ötən il Şükürbəyli kəndində eyni istiqamət üzrə işlərin görülməsi üçün “Arxin-M Ltd” MMC ilə 100 min 485,26 manat dəyərində müqavilə imzalamışdı.