BAKI, 1 dekabr. TELEQRAF

"OPEC+ razılaşması yüksək səviyyədə həyata keçirilir, lakin hasilatın azaldılması planı təxminən gündə 500 min barel artıq icra olunur. "

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.

"Biz OPEC+ sazişinin icrası ilə bağlı nəticələri də ümumiləşdirdik. Bütün ölkələr onu yüksək səviyyədə həyata keçirir. Ölkələr hazırkı kvotalarından gündə təxminən yarım milyon barel az istifadə edirlər". – deyə Novak qeyd edib.