BAKI, 24 noyabr. TELEQRAF

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahiyyə əməliyyat bloku üzrə sərfiyyat mallarını alacaq.

Teleqraf xəbər verir ki, bu məqsədlə Mərkəz “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 milyon 25 min 181,81 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, “Medsol” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

24 milyon manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur.