BAKI, 22 noyabr. TELEQRAF
Azərbaycan bu ilin ilk 10 ayında 280 milyon 667.49 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artım deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkədən sözügedən məhsulların ixrac dəyəri 166 milyon 594.94 min dollar idi.
Təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar və qeyd olunan digər məhsulların idxalı da kəskin artıb. Belə ki, cari ildə 4 milyard 559 milyon 081.17 min dollar dəyərində idxal reallaşdırılıb.
Ötən il bu göstərici 2 milyard 165 milyon 393.57 min dollar idi.
Qeyd edək ki, cari ildə ümumi ixracının 1.30 %-i, idxalın isə 23.71%-i bu məhsulların payına düşüb.