BAKI, 20 noyabr. TELEQRAF
Xocavəndin bir neçə kəndində fərdi evlərin layihələndirilməsi üçün 2 milyon manata yaxın vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti işləri “Himmen Construction” MMC-yə həvalə edib.
Quzumkənd, Cütçü, Qarakənd və Kiş kəndlərində evlərin layihələndirilməsi üçün şirkətə ümumilikdə 1 milyon 957 min 53,6 manat ödəniləcək.
İşlərin 19 mart 2026-cı ildə yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, “Himmen Construction” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Vəkilov Sənandır.