BAKI, 20 noyabr. TELEQRAF

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı ölkələrinə 15 milyard 59 milyon 992.46 min dollar, MDB ölkələrinə isə 1 milyard 462 milyon 171.76 min dollar dəyərində məhsul ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Avropa İttifaqı ölkələri üzrə ixrac ümumi ixracın 69.60%-ni təşkil edib.

Azərbaycandan 10 milyard 148 milyon 218.52 min dollar dəyərində məhsul idxal etməklə bu siyahıda ilk beşliyə İtaliya liderlik edib. İtaliyaya ixrac ümumi ixracın 46.90%-ni təşkil edib.

İtaliyadan sonra Azərbaycandan Çexiyaya 703 milyon 241.62 min dollar, Yunanıstana 665 milyon 47.45 min dollar, Bolqarıstana 646 milyon 287.49 min dollar, Xorvatiyaya isə 634 milyon 828.51 min dollar dəyərində məhsul ixrac edilib.

MDB ölkələri üzrə ixrac isə ümumi ixracın 6.76%-ni təşkil edib.

Azərbaycandan 975 milyon 883.26 min dollar dəyərində məhsul idxal etməklə Rusiya siyahıda yer alan ilk beş ölkə arasında birinci sırada qərarlaşıb. Rusiyaya ixrac ümumi ixracın 4.51%-ni təşkil edib.

Rusiyadan sonra Ukrayna 196 milyon 298.44 min dollar, Qazaxıstan 80 milyon 878.19 min dollar, Belarus 64 milyon 145.47 min dollar, Özbəkistan isə 60 milyon 988.97 min dollar dəyərində Azərbaycan məhsulu idxal edib.