BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda rəqəmsal fırıldaqçılıqla mübarizədə banklar, ödəniş təşkilatları və elektron pul qurumları üçün tələblərin formalaşmasına ehtiyac var. Bu sahədə artıq iş gedir. Mərkəzi Banka mənzərə artıq məlumdur və bu, tələblərdə nəzərə alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, ilk olaraq təşkilati idarəetmə məsələsinə toxunulacaq:

“Bu sahə üzrə komandanın hansı strukturun tərkibində fəaliyyət göstərəcəyi ilə bağlı qərar veriləcək. Maraqların toqquşması məqamları da nəzərə alınacaq”.