BAKI, 20 noyabr. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,2 faiz bahalaşaraq 4.5591 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 2,63% azalıb. Beləliklə, qazın meqavat-saatı 30.86 avro olub.