BAKI, 19 noyabr. TELEQRAF

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan qızıl-zinət əşyaları hərraca çıxarılır.

Teleqraf xəbər verir ki, söhbət 50-dən çox 583, 585, 750 əyyar 50-dən çox zinət əşyasından gedir.

Zinyət əşyalarının çəkisi 2 qramdan 36 qrama qədərdir. 17 qram 583 əyyar zinət əşyasının hərracda ilkin start qiyməti 165 min manat olacaq.

Qeyd edək ki, hərrac noyabrın 27-də baş tutacaq.

Onu da bildirək ki, hərraca çıxarılan zinət əşyaları bank tərəfindən ayrılan nağd kreditlərin təminatı kimi qəbul edilib. Bu ilin üçüncü rübündə bankın xalis kredit portfeli 6 milyard 802 milyon 549 min manat olub. Bu da ilin əvvəlinə nisbətən 7,1% artım deməkdir. ABB-nin sektor üzrə bazar payı 21,6% təşkil edir. Bank müştərilərə verilən kreditlərdən 601 milyon 991 min manat faiz gəliri əldə edib.