BAKI, 18 noyabr. TELEQRAF

2025-ci il oktyabrın 1-nə olan vəziyyətə ölkədə ən aşağı orta aylıq pensiya məbləği Şəki–Zaqatala iqtisadi rayonunda qeydə alınıb – 413,87 manat.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə ən yüksək orta aylıq pensiya isə Bakı şəhərindədir.

Cari ilin 9 ayında paytaxtda bu göstərici 740,24 manat təşkil edib.

Bakıdan sonra ən yüksək pensiya alanlar Naxçıvan sakinləridir. Burada orta aylıq pensiya 506,01 manat olub.

Hesabat dövründə Abşeron–Xızı iqtisadi rayonunda orta aylıq pensiya məbləği 448,36 manat səviyyəsində qeydə alınıb.