BAKI, 18 noyabr. TELEQRAF

Tural Əliyev "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC-nin iştirakçıları olduğu “Yaşıl Dəhliz Birliyi” MMC-yə Baş direktoru təyin edilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə nümayəndələrinin nazirlikdəki ümumi yığıncağında razılıq əldə edilib.

Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.