BAKI, 17 noyabr. TELEQRAF
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 923 milyon 755.38 min ABŞ dolları dəyərində 768 min 216.11 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 54 milyon 439.96 min ABŞ dolları (5.57%), miqdar baxımından isə 85 min 835.65 ton (10.05%) azdır.
Yanvar-avqust aylarında qara metallar və onlardan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 4.80%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 70 milyon 254.34 min ABŞ dolları dəyərində 72 min 935.76 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Bu isə illik müqayisədə dəyər baxımından 2 milyon 018.20 min ABŞ dolları (10.22%) az, miqdar baxımından isə 8 min 307.04 ton (2.79%) çoxdur.
8 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 2.63%-ni təşkil edib.