BAKI, 17 noyabr. TELEQRAF

Azərbaycan Ordusunun avtomobil texnikaları üçün 1,5 milyon manata ehtiyat hissələri satın alınacaq.

Teleqraf xəbər verir ki, bu məqsədlə Müdafiə Nazirliyi “Azizi” MMC ilə müqavilə imzalayıb.

Müqavilənin dəyəri 1 milyon 593 min 472 manatdır. Müqavilə ilə bağlı işlərin 2026-cı ilin iyun ayında bitməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Azizi” MMC 2016-cı ildən yük avtomobillərinin ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərir. Sektor üzrə 18 markanın Azərbaycan nümayəndəsidir.

Şirkətin qanuni təmsilçisi Elşən Əzizov, nizamnamə kapitalı isə 20 manatdır.