BAKI, 17 noyabr. TELEQRAF
Cari ilin 10 ayında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 7 milyard 417 milyon 792.98 min dollar, xam neftin dəyəri isə 10 milyard 849 milyon 719.29 min dollar təşkil edib.
Gömrük rəqəmlərinə əsasən hesabat dövründə 20 milyard 648 milyon 829.71 min kubmetr həcmində təbii qaz ixrac edilib. İxrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 3.23% az, dəyəri isə 8.31% çoxdur. Azərbaycanın ümumi ixracında təbii qazın payı 34.28% təşkil edib.
İxrac edilən neftin həcminə gəlincə, 20 milyon 754 min 593.06 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları satılıb. İxrac edilən nefin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.89% çox, dəyəri isə 14.97% azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 50.14% olub.