BAKI, 17 noyabr. TELEQRAF

2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 40 milyard 862.04 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixracı 21 milyard 636.82 milyon dollar, idxalı isə 19 milyard 225.23 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 4,9% azalıb, idxal isə 15,6% artıb.

Nəticədə 2 milyard 411.59 milyon dollar məbləğində müsbət saldo yaranıb.