BAKI, 27 oktyabr. TELEQRAF

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən Karvansaray bərpa ediləcək.

Teleqraf xəbər verir ki, həmçinin, ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Müvafiq işlərin icrasına 314 min 706 manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən işlərə "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti nəzarət edəcək.