BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu standartların tətbiqində əsas məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Qeyd edək ki, yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.