BAKI, 18 oktyabr. TELEQRAF

Azərbaycan 2025-ci ilin ilk 9 ayında 240 milyon 474.20 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.

2024-cü ilin yanvar – sentyabr aylarında ölkədən sözügedən məhsulların ixrac dəyəri 117 milyon 899.62 min dollar idi.

Təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar və qeyd olunan digər məhsulların idxalı da kəskin artıb. Belə ki, cari ildə 3 milyard 790 milyon 262.89 min dollar dəyərində idxal reallaşdırılıb. Ötən il bu göstərici 1 milyard 870 milyon 857.98 min dollar idi.

Cari ildə ümumi ixracının 1.29 %-i, idxalın isə 22.60 %-i bu məhsulların payına düşüb.