BAKI, 18 oktyabr. TELEQRAF
Bu ilin ilk 9 ayında Azərbaycan 166 milyon 342.45 min ABŞ dolları dəyərində pambıq ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.42% azdır.
Hesabat dövründə Azərbaycandan pambıq idxalının dəyəri isə 7 milyon 461.18 min ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 13.04% çoxdur.
Yanvar-sentyabr aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.89%-ni, idxal isə ümumi idxalın 0.04%-ni təşkil edib.