BAKI, 17 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvanda yeni nəsil nəzarət kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manatdan artıq olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövriyyə 69,3 milyon manat və ya 23,5 faiz çox təşkil edib.