BAKI, 11 oktyabr. TELEQRAF
İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələri üçün 4,8 milyon manat dəyərində sərfiyyat malları və ləvazimatlar alacaq.
Teleqraf xəbər verir ki, qurum bu məqsədlə "Azəri Med" QSC ilə müqavilə bağlayıb.
Müəssisələr üçün endovaskulyar anevrizma və transkateter aorta implantasiyası üzrə avadanlıqların alınmasına ümumilikdə 4 milyon 886 min 380 manat xərclənəcək.