BAKI, 19 sentyabr. TELEQRAF

Cəbrayılda magistral su xətlərinin, tullantı və yağış sularının kollektorları və müvafiq qurğuların tikintisi ilə bağlı layihələndirmə və tikinti işlərinə start verilir.

Teleqraf xəbər verir ki, layihə çərçivəsində “Texniki Şərtlərin Tətbiqi və Qiymətləndirmə Təlimatı”nın hazırlanması da nəzərdə tutulur.

Bu məqsədlə ümumilikdə 12 milyon 707 min 142 manat vəsaitin xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, müvafiq işlərə“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi nəzarət edəcək.