BAKI, 18 sentyabr. TELEQRAF
Mərkəzi Bank üç valyuta mübadilə məntəqəsinə - “Delta Capital” MMC, “Money Shop” MMC və “Meta-Kapital” MMC-yə icrası məcburi göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Belə ki, hər üç MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Delta Capital” MMC, Money Shop” MMC və “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.