BAKI, 17 sentyabr. TELEQRAF

Mərkəzi Bank “Modenis” MMC və “Mobile Payment Solutions” MMC-yə icrası məcburi göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, tənzimləyici tərəfindən “Modenis” MMC-də normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Bundan başqa, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 9.3-cü maddəsinə əsasən ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətlərinin göstərilməməsi tələbinin pozulması ilə əlaqədar olaraq Mərkəzi Bank tərəfindən “Mobile Payment Solutions” MMC-yə məcburi göstəriş verilib. Ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılması tələb edilib.