BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2,3 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Cari əməliyyatlar balansında ÜDM-in 6,3%-i həcmində müsbət saldo formalaşıb ki, bu da ölkənin makroiqtisadi sabitliyi baxımından müsbət nəticə kimi dəyərləndirilir", - deyə o bildirib.