BAKI, 5 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında yeni nəsil nəzarət kassa apratları vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat təşkil edib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyard manat, yaxud 12,3 faiz çoxdur.
Qeyd edək ki, indiyədək ölkə ərazisində 108.255 ədəd yeni nəsil kassa apratları quraşdırılıb.
Yeni nəsil kassa apratlarıdan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.