BAKI, 3 sentyabr. TELEQRAF

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.71 ABŞ dolları, yaxud 1.01% artaraq 71.25 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.