BAKI, 29 avqust. TELEQRAF

Ötən gün keçirilən hərracda “Qasımbəyli” qum-çınqıl yatağı özəlləşdirilib.

Teleqraf Əmlak Məslələri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumat görə, qalib "Elit-S" MMC olub.

Yataq hərracda 71 min manata satılıb. Xatırladaq ki, hərracda ilkin qiyməti 58 min manat təşkil edirdi.

Qeyd edək ki, Ağsu rayonunda yerləşən “Qasımbəyli” qum-çınqıl yatağı 29 hektar ərazidə yerləşir, həcmi isə 580 000 kubmetr təşkil edir.

Onu da bildirək ki, qalib şirkət olan "Elit-S" MMC-nin qanuni təmsilçisi Əliyev Elmidar Eldar oğludur. MMC-nin nizamnamə kapitalı isə 10 manat təşkil edir.