BAKI, 27 avqust. TELEQRAF
Ay sonundan etibarən Ağdama qatarla səfər etmək mümkün olacaq.
"Azərbaycan Dəmir Yolları" QSC- dən Teleqraf-a verilən məlumata görə, ADY 30 avqustdan etibarən Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə start verir.
Qeyd edək ki, biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.