BAKI, 12 avqust. TELEQRAF
Dövlət Turizm Agentliyi Sinqapurda keçiriləcək “İTB Asia 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üçün 237 min 691 manat vəsait xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, agentlik bunun üçün tender elan edilib və podratçı axtarışındadır.
Təkliflərin son təqdimolunma tarixi sentaybrın 1-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.
Xatırladaq ki, agentlik sərgidə sahənin icarəsi xidməti ilə bağlı “Messe Berlin (Sıngapore) PTE LTD” şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 96 997 manat ödənilib.
Qeyd edək ki, “İTB Asia 2025” beynəlxalq turizm sərgisi 2008-ci ildən etibarən hər il Sinqapurda təşkil olunur və Almaniyanın məşhur "ITB Berlin" sərgisinin Asiya versiyası hesab olunur. Bu ilki “İTB Asia 2025” sərgisi isə oktyabrın 15-17-i tarixlərində baş tutacaq.