BAKI, 12 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Naxçıvanda istehlakçılara 984,8 min manat ƏDV məbləği geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir.
Qeyd edək ki, indiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” mexanizminin tətbiqi çərçivəsində ümumilikdə 3,3 milyon manata yaxın əlavə dəyər vergisi (ƏDV) istehlakçılara geri qaytarılıb.