BAKI, 7 avqust. TELEQRAF
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi layihə çərçivəsində Zəngilan şəhərinin Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisi aparılacaq.
Teleqraf xəbər verir ki, layihəyə 6 milyon 254 min 418 manat xərcləməyi planlaşdırır.
Bununla bağlı tender elan edilib və podratçı axtarılır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 8-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.
Layihə çərçivəsində Mahrızlı su anbarından ümumi uzunluğu 17 min 723 metr olan polietilen borular vasitəsilə su xəttinin çəkilməsi nəzərdə tutulur.
Bundan başqa, asfalt yol örtüyünün torpaq işləri; tullantı sularının axıdılması məqsədilə uzunluğu 1 405 metr olan və diametri 400 mm təşkil edən qofralı (koruqe) polietilen boru kəmərlərinin, güc qaynağının və 40 metr hündürlükdə su nasosunun quraşdırılması planlaşdırılır.