BAKI, 22 iyul. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında Naxçıvanda ƏDV Geri Al layihə çərçivəsində istehlakçılara 808,4 min manat ƏDV məbləği geri qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Belə ki, cari ilin birinci yarısında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 20,5 faiz artıb.
Qeyd edək ki, indiyədək Naxçıvanda istehlakçılara ümumilikdə 3 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb.