BAKI, 22 iyul. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 228,9 milyon manata yaxın olub .
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artıb.