BAKI, 22 iyul. TELEQRAF

İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri və xərclərində artım müşahidə olunub.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə icbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1253,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82,5 milyon manat və ya 7,0 faiz çox təşkil edib.

Fondun xərcləri isə 1015,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 27,6 faiz çox təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24357,9 milyon manat, xərcləri isə 19593,7 milyon manat icra olunub. İcmal büdcədə 4764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.