BAKI, 18 iyul. TELEQRAF
“Modenis” MMC-yə (Təşkilat) Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, MMC-yə “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində ÖT-003 nömrəli lisenziya verilib.
Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcəkdir.
“Modenis” MMC dövlət qeydiyyatına 2012-ci ildə alınıb.Yaradılanda qurumun nizamnamə katipalı 20 manat, 2023-cü ildən isə 5 milyon 393 min manat təşkil edir. MMC-nin qanunu sahbi isə Rafin Bayramovdur.