BAKI, 18 iyul. TELEQRAF
Mərkəzi Bank “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanı ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
"Fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən “Kabox” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli, ÖT-008 nömrəli lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə ləğv edilib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, "Kabox" ödəniş təşkilatı Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Azər Eminovdur, nizamnamə kapitalı isə 2 milyon 340 min 10 manatdır.