BAKI, 15 iyul. TELEQRAF

Sabah axşam saat 22:00-dan etibarən 17 iyul axşam saatlarınadək Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Teleqraf-a verilən məlumata görə, rayon ərazisindən keçən magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq, suyun verilişində qısa müddətli fasilə olacaq.

Məlumata görə, suyun əvvəlki rejimlə verilməsi 17 iyul axşam saatlarından etibarən mərhələli şəkildə bərpa olunacaq.