BAKI, 5 iyul. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 748 milyon 823,6 min manat təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz və ya 1,3 milyard manatdan çoxdur.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Qeyd edək ki, indiyədək ölkə ərazisində 107.001 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.