BAKI, 19 iyun. TELEQRAF

Mayın 1-ə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 29 milyon 544 min 900 manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu göstərici bir il öncəyə nisbətən 51,6 faiz artıb.

Əmanətlərin 93,4 faizi milli, 6,6 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləğində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,1 dəfə artım qeydə alınıb.